"Hyundai" ABŞ-a 5 milyard dollar sərmayə qoyacaq

  • 19:00 - 22 May

Cənubi Koreyanın "Hyundai Motor Group" avtomobil şirkəti ABŞ-a daha 5 milyard dollar sərmayə qoyacaq.

Bu barədə şirkətin rəhbəri Çon Iy Son ABŞ prezidenti Co Baydenlə görüşü zamanı bildirib.

"Mən şirkətimizin gələcəyi ilə bağlı əlavə investisiyalara diqqət çəkmək istəyirəm. "Hyundai Motor Group" 2025-ci ilə qədər ABŞ-a əlavə 5 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu investisiyalar robototexnika, süni intellekt və sürücüsüz nəqliyyat vasitələrinin yaradılması kimi sahələrdə Cənubi Koreya korporasiyasının Amerika müəssisələri ilə əməkdaşlığını gücləndirəcək", - o, bildirib.

Şənbə günü şirkət Corciya ştatında 5,5 milyard dollar dəyərində elektrik avtomobili və akkumulyator istehsalı müəssisəsinin tikiləcəyini elan edib. Zavodda kommersiya istehsalına başlanması 2025-ci ilə planlaşdırılır.


Oxunma sayı: 1222

Oxşar yazılar