Samuxda qadından tiryək götürülüb

  • 16:25 - 22 May

Samuxda qadından tiryək götürülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən A. Quliyeva saxlanılıb. 

Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 1563

Oxşar yazılar