Səlçuk Bayraktarın möhtəşəm əsəri olan "AKINCI" PUA Bakıya belə eniş etdi - 2000 km məsafə qət etdi (VİDEO)

  • 23:45 - 21 May

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Avropa.info xəbər verir ki, bu barədə Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Baykar” şirkətinin “Twitter“ hesabında məlumat yayılıb.

Təxminən 2000 kilometr məsafə qət edən “Akıncı”lar üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-dan 29-a qədər keçiriləcək.


Oxunma sayı: 15137

Oxşar yazılar