Rusiyadan Finlandiyaya ilk ağır zərbə: Təbii qazı və elektirik enerjisini kəsdilər...

  • 22:02 - 20 May

Finlandiyanın NATO-ya üzvlük üçün müraciətindən sonra Rusiyadan ilk ağır zərbə gəlib. 

Avropa.info xəbər verir ki, Finlandiyanın dövlət qaz şirkəti Gasum Rusiyanın mayın 21-də qaz axını dayandıracağını açıqlayıb.

Gasum tərəfindən edilən şərhdə, Rusiyanın enerji şirkəti "Qazprom"un törəmə şirkəti olan "Qazprom Export"un "Finlandiyaya təbii qazın 21 May 2022 şənbə günü saat 07:00-da kəsiləcəyini açıqladığı bildirilib.

Açıqlamada bildirilib ki, Gasum mayın 21-dən yay mövsümü ilə Baltik təbii qaz kəməri (Balticconnector) vasitəsilə müştərilərinə digər mənbələrdən təbii qaz tədarük edəcək və şirkətin yanacaqdoldurma məntəqələri normal rejimdə fəaliyyətini davam etdirəcək.

Gasum baş meneceri Mika Viljanen Rusiyadan təbii qazın verilişinin dayandırılmasının "son dərəcə kədərli" olduğunu ifadə edib.

 "Lakin biz bu vəziyyətə diqqətlə hazırlaşırdıq. Əgər qaz nəqli xətlərində problem olmasa, yaxın aylarda bütün müştərilərimizi qazla təmin edə biləcək."

Təbii qaz ehtiyacının demək olar ki, hamısını Rusiyadan idxalla qarşılayan Finlandiyanın Moskva ilə 2031-ci ilə qədər qaz tədarükü müqaviləsi var.

Kremlin sözçüsü Dmitriy Peskov verdiyi açıqlamada Qazpromun şirkətlərlə ticarətinin bütün təfərrüatları haqqında tam məlumatlı olmadıqlarını ifadə edib. 

Rusiyanın ən böyük elektrik enerjisi istehsal və paylama şirkəti olan İnter RAO, keçən həftə ödəniş ala bilmədiyi səbəbiylə Finlandiyaya elektrik enerjisinin verilməyəcəyini açıqlamışdı.

Avropa.info


Oxunma sayı: 11254

Oxşar yazılar