Tanınmış jurnalist Qadir İbrahimli VƏFAT ETDİ

  • 09:43 - 20 May

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə Avropa.info-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, jurnalistlik fəaliiyyəti boyunca Qadir bir çox mətbu nəşrlərdə, o cümlədən "Yeni Müsavat" qəzetində çalışıb, iqtisadiyyata dair yazılarla çıxış edib. Qəzetimizin kollektivi bu daima pozitiv olan işıqlı həmkarımızı həmişə xoş xatirələrlə anacaq.


Oxunma sayı: 5149

Oxşar yazılar