Ankarada ƏMƏLİYYAT: Amerikada təhsil üçün imtahan suallarını satan Azərbaycan vətəndaşları HƏBS OLUNDU

  • 12:14 - 16 May

Ankara Cümhuriyyət Baş Prokurorluğu Amerika universitetlərində təhsil almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr üçün “Scholastic Aptitude Test” (SAT) imtahan suallarını satdığı iddia edilən 6 şübhəlini saxlayıb.

Avropa.info xəbər verir ki, aparılan təhqiqat işlərini genişləndirən prokurorluq aralarında İran və Azərbaycan vətəndaşlarının da olduğu 6 şübhəlini saxlayıb. "Telegram" mesajlaşma proqramı  üzərindən təşkil edilən, Cahid və M.N. adlı şəxslər tərəfindən Azərbaycandan sualların gətirildiyini və "karantin" adını verdikləri evlərdə sualların paylandığı təsbit edilib.

Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin qrupları təyin olunmuş ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatlar zamanı Əfsanə G., Fərnaz H., Fuad K., Ələkbər K., Səid K. və Əli A. saxlanılıb. Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib. 

Yaşayış məntəqəsində aparılan axtarış zamanı imtahan kitabçaları tapılan Əfsanə G. şübhəlilərdən qardaşı oğlu Fərnaz H. ilə yaşadığını, polisin keçirdiyi əməliyyat zamanı evində olan tələbələrin isə qohumun dostları olduğunu iddia edib,  qardaşı oğlunun onlarla birlikdə imtahana hazırlaşdıqlarını deyib.

Qeyd edək ki, ABŞ-da tələbələrin ali təhsilə qəbulu üçün standartları müəyyən edən qurum olan College Board tərəfindən tətbiq edilən SAT imtahanına Amerika universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr daxildir. 

Çox seçimli test, SAT tələbələrin ingilis dilində oxu və yazı, riyaziyyat və kompozisiya kimi sahələrdə bacarıqlarını qiymətləndirir. 

Tələbələrin yerləşdiyi ölkədə beynəlxalq mərkəzdə tətbiq edilən və 5 il müddətində etibarlı olan imtahan ABŞ-da ildə 7, Türkiyədə isə 6 dəfə keçirilir.


Oxunma sayı: 6007

Oxşar yazılar