Məşhur aktyor SOCAR-da işləyən oğlunun maaşının artırılması üçün deputata müraciət etdi - Oğlunu işdən çıxardılar

  • 02:06 - 16 May

Məşhur aktyor Midhat Aydın bir müddət əvvəl SOCAR-da işləyən oğlunun maaşının artırılması üçün deputat Könül Nurullayevaya müraciət edib. Lakin, aktyorun oğlunun maaşı artırılmaq əvəzinə işdən çıxarılıb.

Avropa.info xəbər verir ki, bu haqda aktyor sosial şəbəkə hesabında məlumat yayıb. 

"Milli Məclisin deputatı Könül Nurullayevaya məktubla müraciət edib xahiş etdim ki, oğlumun maaşı çox azdır, imkan olarsa, kömək edin, artırılsın. Allah tərəfi Könül xanım SOCAR-ın əvvəlki rəhbərliyinə məktubla müraciət etdi. Nəticədə oğlumu işdən çıxardılar. Hələ də işsizdir iki uşaq atası... Uşaqlar məktəbə də getmirlər" – deyə, o qeyd edib.

Rövnəq Abdulayev aktyor Müdhət Aydını ölkə vətəndaşlığından imtina etmək  məcburiyyətində qoyub » Newscenter.az

Oxunma sayı: 29602

Oxşar yazılar