SON DƏQİQƏ! PKK/YPG-nin kritik ismi Kobanidə öldürüldü - Türk kəşfiyyatı 45 gün izlədi, PUA zərbəsi ilə külünü göyə sovurdu...

  • 14:17 - 14 May

PKK-nın Suriya qolu olan YPG-nin kilid ismlərindən olan Əkrəm Üstek Türkiyə Milli İstihbarat Təşkilatının PUA ilə həyata keçirdiyi əməliyyat nəticəsində Kobanidə öldürülüb.

Avropa.info xəbər verir ki, uzun müddətdir Üsteki izləyən türk kəşfiyyatı onun Kobaninin cənubundakı iki mərtəbəli evə gəldiyini təsbit edib. Mayın 11-də səhər saat 09:25 radələrində nöqtə əməliyyatla terrorçu məhv edilib, gizləndiyi ev isə yerlə bir edilib.

Məlumatlara görə, Üstek 45 gün izlənilənilib və Kobani yaxınlığındakı bir evə gəldiyində, ətrafda heç bir mülki vətəndaş olmadığı anda əməliyyat düyməsi basılıb. Eyni zamanda, Kobani-Hələb yolunda Əkrəm Üsteklə görüşməyə gedən avtomobili də hədəfə alınıb. Burada iki əcnəbi terrorçu məhv edilib.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində PKK-ya silah-sursat daşıdığı üçün Türkiyədə həbs olunan Əkrəm Üstek, 15 il həbs cəzasından sonra 2014-cü ildə Suriyaya gedib. Bundan sonra Kobanidə terror təşkilatının "komandirlərindən" biri olub.

Avropa.info


Oxunma sayı: 5556

Oxşar yazılar