Hikmət Hacıyev: "TDT-yə üzv dövlətlərə qarşı çirkli və saxta təbliğat kampaniyaları bu gün də davam edir"

  • 16:06 - 14 May

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərə qarşı çirkli və saxta təbliğat kampaniyaları bu gün də davam edir".

Bunu İstanbulda keçirilən TDT media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

  •  

O qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən bu cür hücumlara məruz qalıb: “Xüsusilə 44 günlük Qarabağ müharibəsi zamanı biz müharibənin psixoloji, hibrid elementləri ilə üz-üzə gəldik”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda təəssüflər olsun ki, ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir:

“Dünya mediasına baxdıqda, erməni lobbi təşkilatları tərəfindən yenə də çirkli təbliğat davam etməkdədir. Bu bir daha onu göstərir ki, bu kimi çirkin təbliğatlara qarşı birgə səylərimizi artırmalıyıq”.(apa) 


Oxunma sayı: 1167

Oxşar yazılar