
Türkiyədə hava limanı açılır - Prezidentlər mərasimdə iştirak edir
- 15:04 - 14 May
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib.
Avropa.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.
***
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Avropa.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.
***
Bu gün Türkiyədə dəniz üzərində salınmış Rize-Artvin hava limanının açılış mərasimi keçirilir.
Avropa.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də Rize-Artvin hava limanının açılış mərasimində iştirak edir.
Türkiyə mediasının məlumatına görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin olduğu təyyaralərin enişi ilə Rize-Artvin hava limanı istifadəyə verilmiş sayılır.
3 milyon kvadratmetr sahədə inşa edilən hava limanı 45 metr enində və 3 min metr uzunluğunda olan uçuş-enmə zolağı ilə bölgənin hava nəqliyyatı ehtiyaclarını tam ödəyəcək.
2017-ci il aprelin 3-də təməli qoyulan hava limanının illik sərnişin tutumu 3 milyon olacaq.
Hava limanında 36 metr hündürlüyündə idarəetmə qülləsi inşa edilib.
Yeni hava limanı Şərqi Qara dəniz, Qafqaz və Yaxın Şərq ölkələri arasında nəqliyyat zəncirinin transfer mərkəzi rolunu oynayacaq.