Ukraynalı Olimpiya çempionu cəbhədə ruslara qarşı döyüşür : "Yaxşı atıram ki, düşmənin şansı olmasın" (FOTO)

  • 13:27 - 14 May

Ukraynadan olan Olimpiya çempionu, atıcı Kristina Dmitrenko Rusiyaya qarşı müharibəyə qoşulduqdan sonra, indi çox fərqli hədəfləri vurmaq üçün məşq edir.

Avropa.info xəbər verir ki, Ukraynanın şimalındakı Çerniqov şəhərindən olan biatlonçu bu il Ukraynada müharibə başlayanda İtaliyada beynəlxalq yarışa hazırlaşırdı. 

İndi isə o, vətənini qorumaq üçün Ukrayna Milli Qvardiyasında xidmət edir.

"Həyatımda bunun belə olacağını heç düşünməzdim. Bunu heç kim təsəvvür edə bilməz. Mən yaxşı vururam ki, işğalçıların şansı olmasın. Müvəqqəti olaraq tüfəngimi avtomatla əvəz etsəm də, sona qədər möhkəm dayanacam. Qələbə mütləq bizim olacaq", - deyə Kristina Dmitrenko yerli mətbuata açıqlamasında bildirib.

Müharibə başlamazdan əvvəl Dmitrenko yeniyetmələrdən ibarət milli komanda ilə Karpat dağlarına təlim-məşq toplanışına getmişdi. Lakin fevralın 24-də o, dostundan vətəninin işğal olunduğu mesajı alır.

"Çerniqov və Kiyevdən olan dostlar yaşadıqları dəhşəti əks etdirən şəkillər göndərdilər, amma mən düşməndən qorxmuram”, - deyə Dmitrenko qeyd edib.

Avropa.info


Oxunma sayı: 4346

Oxşar yazılar