Antalyadakı Kaputaş çimərliyi Avropanın ən yaxşı TOP-40-ına daxil oldu – FOTO

  • 11:24 - 14 May

İngiltərənin "The Guardian" nəşri yazır ki, Türkiyənin Antalya şəhərindəki Kaputaş çimərliyi Avropanın ən yaxşı 40 çimərliyindən biridir. 

Avropa.info xəbər verir ki, nəşr Türkiyə, Yunanıstan, Almaniya, İspaniya, İrlandiya, Monteneqro, Portuqaliya, Hollandiya, Fransa, İtaliya, Xorvatiya və Albaniyanın ən mənzərəli çimərliklərini sadalayıb. 

Kaputaş Antalyanın Kaş və Kalkan qəsəbələri arasındakı avtomobil yolunun üzərində yerləşir. Kaş bələdiyyəsinin sədri Mutlu Ulutaş bildirib ki, qızılı qumu və şəffaf, firuzəyi suyu olan bu çimərlik Türkiyənin "turizm paytaxtı"nın ən məşhur istirahət yerlərindən biridir. 

Ulutaş qeyd edib ki, Kaputaş çimərliyinə də fotoqraflar tez-tez baş çəkir. 

Bələdiyyə sədri əlavə edib ki, Kaputaşdan 600 metr aralıda yerləşən Mavi Mağara əraziyə turistik dəyər qatır.


Oxunma sayı: 1266

Oxşar yazılar