Qərb mətbuatında Rusiya prezidenti ilə bağlı yeni İDDİA: "Putin qan xərçənginə yoluxub" – FOTO

  • 11:01 - 14 May

Rusiya prezidenti Vladimir Putinlə bağlı yayıldığı iddia edilən səs yazısında 69 yaşlı Rusiya liderinin qan xərçənginə tutulduğu iddia edilib.

Avropa.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı iddialar Qərb mətbuatında davam edir.

Putin üçün dəfələrlə “parkinson, psixi sağlamlığını itirdi, xərçəngə tutuldu, əməliyyat olundu, əlləri titrəyir” kimi xəbərlərin yayılmasına baxmayaraq, bu iddialar heç vaxt təsdiqini tapmayıb. Bu iddialrın yayılmasından sonra Putin hər dəfə kameralar qarşısına keçib.

69 yaşlı Rusiya lideri ilə bağlı son iddia ilə “News Lines Magazine” adlı dərgi çıxış edib. Əllərinə bir səs yazısı keçdiyini qeyd edən "News Lines Magazine" nəşri Putinin qan xərçəngi olduğunu iddia edib.

Dərgi səs yazısı ilə bağlı heç bir material paylaşmasa da, iddia edib ki, səs yazısında bir-biri ilə danışan iki rusiyalı oliqarxdan biri Putinin qan xərçəngi olduğunu deyib.

Nəşrin iddiasına görə, rusiyalı oliqarxın səs yazısında o, Putini Ukrayna müharibəsinə görə qınayıb və “Hamımız onun öləcəyinə ümid edirik” deyib. 

Amerikanın “Newsweek” jurnalına danışan bir Ukrayna rəsmisi Putinin çox xəstə olduğunu iddia edib və “o, xərçəng və digər xəstəliklərdən əziyyət çəkir", deyib.


Oxunma sayı: 1145

Oxşar yazılar