Köçəryanla Sarkisyan Paşinyana qarşı mübarizədə ANLAŞDI

  • 10:44 - 14 May

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan şəxsi görüş keçirib və müxalifətin mübarizəsinin sonrakı gedişatını müzakirə ediblər. 

Avropa.info bildirir ki, bu barədə şənbə günü “Hraparak” qəzeti yazıb. Qəzetin yazdığına görə, görüş cümə günü axşam saatlarında baş tutub. 

Köçəryanla Sarkisyanın nəyi razılaşdırdığını onların siyasi komandaları bilmir.

"Kimsə onların ortaq məxrəcə gələ bildiklərinə inanır. Kimsə Artur Vanetsyanın (MTN-in keçmiş rəhbəri - red.) Arman Tatoyana (Ermənistanın keçmiş Ombudsmanı - red.) müraciətini bu sözün sübutu hesab edir, yəni əgər siyasətlə məşğul olmaq istəyirsə, öz niyyətlərini təsdiqləmək və ya əksinə, təkzib etmək üçün Fransa meydanına gəlməlidir və ya fərqli hərəkətlərə başlamalıdır", - deyə qəzet yazır.

Xatırladaq ki, artıq bir neçə həftədir ki, Ermənistanda etiraz aksiyası keçirilir. Etirazçılar hakimiyyəti "Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" edir. Baş nazir və onun hökuməti ölkənin maraqlarına xəyanətdə və məğlubiyyətdə ittiham olunur, aksiya iştirakçıları onların istefalarını tələb edir.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.


Oxunma sayı: 2751

Oxşar yazılar