Kiyevdə 37 ölkənin səfirliyi fəaliyyətini bərpa edib

  • 12:35 - 14 May

Ukraynanın paytaxtında 37 ölkənin səfirliyi fəaliyyətini bərpa edib. 

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna prezident Vladimir Zelenski bildirib. 

"Artıq 37 xarici nümayəndəlik Kiyevdə öz işini bərpa edib. Mən onların hamısına minnətdaram", - prezident özünün Telegram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib. "Mən əminəm ki, digər nümayəndəliklər də tezliklə paytaxta qayıdacaq. Biz işə və bütün Ukrayna biznesinə qayıtmalıyıq", - Zelenski əlavə edib. 

Aprelin 28-də Ukrayna prezidentinin ofisi Kiyevdə 25 dövlətin səfirliyinin fəaliyyət göstərdiyini bildirib.


Oxunma sayı: 991

Oxşar yazılar