Şimali Koreya lideri ölkədə COVID-19-un yayılmasını "böyük şok" adlandırdı

  • 12:00 - 14 May

Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılmasını “böyük şok” adlandırıb. 

Avropa.info bildirir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) şənbə günü verdiyi məlumata görə, həkimlər COVID-19 səbəbiylə 21 yeni ölüm qeydə alıb və bununla da ümumi ölüm sayı 27-yə çatıb.

Şənbə günü səhər KXDR lideri Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun koronavirusla mübarizə tədbirlərini müzakirə edən iclasına sədrlik edib. "Bədxassəli infeksiyanın yayılmasını respublikanın yarandığı gündən böyük şok adlandırmaq olar", - deyə KXDR lideri əlavə edib ki, "əgər biz epidemiyaya qarşı mübarizəni gücləndirsək və ciddi karantin tədbirlərinə riayət etsək, bu böhrandan çıxmaq olar". 

Ölkənin hakimiyyət orqanları mayın 13-də ölkədə hərarət əlamətləri olan 174 min nəfərin aşkar edildiyini bildirib. Eyni zamanda, aprel ayının sonundan indiyədək belə xəstələrin ümumi sayı 524 mindən çox olub, onlardan 280 mindən çoxu müalicə olunur. Ümumilikdə 27 nəfər ölüb, onlardan ən azı birində omikron aşkar edilib. 

Cümə axşamı TsNAK xəbər agentliyi xəbər verib ki, xalq respublikası ərazisində ilk dəfə olaraq gizli omikron kimi tanınan OMİKron BA.2 ştamının alt növü olan koronavirus aşkarlanıb.


Oxunma sayı: 1079

Oxşar yazılar