Türkiyədə ölkənin 58-ci hava limanının açılışı olacaq – FOTO

  • 10:50 - 14 May

Türkiyənin şimal-şərqində aprelin 14-də ölkədə 58-ci hava limanının açılışı olacaq.

Avropa.info xəbər verir ki, Türkiyənin dənizi dolduraraq inşa etdiyi ikinci, dünyanın isə 5-ci hava limanı olma xüsusiyyətini daşıyan Rizə-Artvin Hava Limanı bu gün prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə veriləcək.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan yeni hava limanı Rize şəhərindən 34 km, Hopadan 54 km və Artvindən 125 km.də Pazar rayonunda yerləşir. 

В Турции открывается 58-й аэропорт страны

Eni 45 m və uzunluğu 3 km olan hava limanının uçuş-enmə zolağı dəniz sahili üzərində qurulmuş ölkənin ikinci ən uzun uçuş-enmə zolağıdır.

Rizə-Artvin Hava Limanı ildə 3 milyona yaxın sərnişinə xidmət göstərəcək.

Hava limanının girişi çay yarpağı formasında, idarəetmə qülləsi isə çay stəkanı formasında tikilib, bu, Türkiyənin Qara dəniz zonasının sakinlərinin əsas gəlir mənbələrindən biri kimi çayçılığa ehtiram olaraq göstərilib. 

Rize-Artvin Havalimanı bugün açılıyor - 1

Hava limanının qapalı sahəsi 47 min kvadratmetrdir. 

Hava limanının avtoparkı 448 avtomobil üçün nəzərdə tutulub. 

Rize-Artvin Havalimanı bugün açılıyor - 2

Hava limanının ərazisində Çaykur Muzeyi də fəaliyyət göstərir və burada hər kəsə türk çayının faydaları haqqında məlumat veriləcək. Ərazidə kiçik çay fabriki də var. 

Türkiyə hökumətinin qərarı ilə Rizə-Artvin Hava Limanı beynəlxalq hava limanı statusu alıb.

Rize-Artvin Havalimanı bugün açılıyor - 10

 

Rize-Artvin Havalimanı bugün açılıyor - 7

 

Rize-Artvin Havalimanı bugün açılıyor - 6

 

Rize-Artvin Havalimanı bugün açılıyor - 3

Oxunma sayı: 1222

Oxşar yazılar