Niderland Rusiya və Belarusun 640 milyon avroluq aktivlərini dondurdu

  • 09:59 - 14 May

Niderland Rusiya və Belarusun ümumi dəyəri 640 milyon avro aktivlərini dondurub.

Avropa.info "report"a istinadən bildirir ki, bu barədə Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsinə riayət olunması və monitorinqi üzrə koordinator Stef Blokun dərc olunmuş yekun hesabatında deyilir.

Sənədə görə, bundan əlavə, 425 milyon avro dəyərində maliyyə əməliyyatları bloklanıb, altı təyyarə və 24 gəmi sanksiyalar altında olduğundan sahiblərinə verilə bilməz.

Gömrük orqanları tərəfindən malların idxalına görə 34 mindən çox konteyner, 77,5 min ixrac bəyannaməsi və 11,3 min bəyannamə yoxlanılıb.


Oxunma sayı: 1167

Oxşar yazılar