"Ölkələrini PKK, DHKP-C terrorçularına yuva edən İsveç və Danimarkanın NATO üzvlüyünə müsbət baxmırıq" - Ərdoğan

  • 01:44 - 14 May

"Hazırda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı hadisələri izləyirik, lakin müsbət fikirdə deyilik."

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, İsveç və Finlandiyanın bir çox hallarda terrora dəstək verdiyini bildirib. 

"Bizdən əvvəlki idarəçilər Yunanıstanın NATO-ya üzvlüyü ilə bağlı səhvə yol vermişdilər. Yunanıstanın Türkiyəyə qarşı NATO-nu da arxasına alaraq münasibətini bilirsiniz. Biz Türkiyə olaraq bu mövzuda ikinci bir səhvi etmək istəmirik. Üstəlik Skandinaviya ölkələri də təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evləri kimidir. PKK, DHKP-C İsveç, Hollandiya və Finlandiyada yuva qurublar. Hətta bu ölkələrin parlamentlərində də Türkiyəyə qarşı olan bu terror təşkilatlarının təmsilçiləri var. Bu nöqtədə müsbət fikir söyləmək mümkün deyil", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə mənfi rəy verərsə İsveç və Danimarka NATO üzvü ola bilməz.


Oxunma sayı: 1904

Oxşar yazılar