Türkiyə Ordusu Suriyanın şimalındakı PKK/YPG mövqelərini bombardıman etdi - 52 terrorçu zərərsizləşdirildi (ƏMƏLİYYATDAN ANBAAN VİDEO)

  • 01:06 - 14 May

"Dünən baş verən xain hücumdan sonra Suriyanın şimalındakı terror hədəfləri dərhal atəşə tutulub, cəza atəşləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 52-yə çatıb."

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir. 

"Dünən baş verən xain hücumdan sonra Suriyanın şimalındakı terror hədəfləri dərhal atəşə tutulub, cəza atəşləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 52-yə çatıb. Şəhidimizin qanını yerdə qoymamışıq, qoymayacağıq. Bölgədəki terror hədəflərini atəşə tutulmaqda davam edirik. Nəcib xalqımızın sülh və təhlükəsizliyini təhdid edən istənilən cəhdə eyni cür cavab verməyə davam edəcəyik", - deyə açıqlamada qeyd olunur. 

Xatırladaq ki, dünən ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatı Türkiyə əsgərlərini atəşə tutub. Nəticədə 1 türk əsgəri şəhid olub. Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin topçu birlikləri PKK/YPG mövqelərini bombardıman edib. Artileriya atəşləri davam edir. 


Oxunma sayı: 2883

Oxşar yazılar