"Fateh Sultan Mehmet Xanın əmanətini yenidən yerinə qaytardıq" - Ərdoğan Nəcib Fazil Kısakürəyi belə yad etdi

  • 00:45 - 14 May

"Bir çox böyüyümüz həyatını Ayasofyanın yenidən ibadət üçün açılması uğrunda mübarizəyə həsr etmişdi. Bu mübarizənin sonunu görmədən dünyasını dəyişən ismlər də az deyildi. Amma yenə də onların mübarizəsinin izləyərək, açdıqları yolda nəhayət Fateh Sultan Mehmet Xanın əmanətini yenidən yerinə qaytardıq".

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Nəcib Fazil Kısakürək Mədəniyyət və Araşdırma Vəqfi tərəfindən təşkil olunan tədbirdə çıxış edib.

"İçində olduğumuz bu bu kritik proseslərdə Nəcib Fazili oxuyub anlamaq, açdığı yol, qaldırdığı dava bayrağı, ruhu və mənası ilə daim irəliləmək bizim borcumuzdur. Siyasətdə, fikirdə, ədəbiyyatda, həyatın bütün sahələrində tək başımıza qalsaq da bu mücadiləni etməkdə mükəlləfik. Zəfərə çatsaq nə gözəl, çatmasaq belə mücadiləmizin özü biz fanilər üçün şərəfdir. Xatırlayırsınız, bir çox böyüyümüz həyatını Ayasofyanın yenidən ibadət üçün açılması uğrunda mübarizəyə həsr etmişdi. Bu mübarizənin sonunu görmədən dünyasını dəyişən ismlər də az deyildi. Amma yenə də onların mübarizəsinin izləyərək, açdıqları yolda nəhayət Fateh Sultan Mehmet Xanın əmanətini yenidən yerinə qoyduq. 

"Üzülmə bu davanın sahibi Haqqdır. Haqq olan davada zəfər mütləqdir", deyən Nəcib Fazil Kısakürək ustadı bir daha rəhmət, minnət və həsrətlə yad edirik" , - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 1035

Oxşar yazılar