Nazirlik özünə xəsarət yetirən qazi ilə bağlı açıqlama yayıb

  • 20:56 - 13 May

Sosial şəbəkələrdə mayın 11-də Vətən müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlunun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək burada özünə xəsarət yetirməsinə dair görüntü yayılıb. Buna səbəb onun əlillik təyin olunması tələbinə mənfi cavab verilməsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayon sakini Qadir Cəfərov müharibədə yaralandığına görə 550 manat birdəfəlik sığorta ödənişi ilə təmin olunub:

  •  

“Həmçinin ona “Müharibə veteranı” adı verilərək, Prezidentin aylıq təqaüdü təyin olunub. Amma Qadir Cəfərov müharibə əlili statusu tələb edir, tez-tez bəzi qaziləri də ətrafına cəlb edərək ASAN Xidmət, Azərsığorta, ƏƏSMN və digər qurumlar qarşısında etiraz məzmunlu aksiyalar keçirir”.

Qeyd edilib ki, digər Vətən müharibəsi iştirakçıları kimi, Qadir Cəfərova da yüksək səviyyədə ehtiram və diqqət göstərilsə də, o, məhz əlillik təyin olunmasını tələb edir:

“Halbuki, onun sağlamlıq vəziyyəti ona əlillik təyin etməyə əsas vermir. Mayın 4-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilərkən, müəyyən olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib.

Amma göründüyü kimi, Qadir Cəfərov bu qərarla razılaşmayıb, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək, qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirib”.

Nazirlik özünə xəsarət yetirən qazi ilə bağlı açıqlama yayıb


 


Oxunma sayı: 1057

Oxşar yazılar