Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb

  • 20:05 - 13 May

Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan indiyədək Ukraynada 1 214 uşaq itkin düşüb.

 Bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk brifinqdə bildirib.

O, həmçinin bildirib ki, bu gün 90 uşaq axtarışdadır.

Bundan başqa, onun sözlərinə görə, 2 389 uşaq Rusiyaya aparılıb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.(report) 


Oxunma sayı: 1519

Oxşar yazılar