Nazir Fərid Qayıbov müavininin rəqs görüntülərindən danışdı - VİDEO

  • 13:27 - 13 May

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasileva haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

Avropa.info xəbər verir ki, nazir “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını vurğulayıb.

Nazir bildirib ki, həmin video əvvəlcədən sosial şəbəkələrdə yox idi: "Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.


Oxunma sayı: 1530

Oxşar yazılar