Azərbaycan nefti yenidən BAHALAŞDI

  • 10:50 - 13 May

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Avropa.info-nun məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,25 ABŞ dolları və ya 1,1% artaraq 113,98 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Oxunma sayı: 1882

Oxşar yazılar