Azərbaycanda ər arvadının üstünə benzin töküb yandırdı

  • 16:18 - 12 May

Gəncə şəhər sakini evini yandırıb.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə şəhərin general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Orada yaşayan kişi ailə münaqişəsi zəminində evinə od vurub. O, həyat yoldaşının da üzərinə benzin töküb. Nəticədə qadının qolu yanıb. Yanğınsöndürənlər və təcili yardım briqadası hadisə yerinə cəlb ediliblər. Qadın xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumatı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5347

Oxşar yazılar