Türkiyə Ermənistan şirkətinə hava məkanından istifadəni QADAĞAN ETDİ

  • 19:01 - 05 May

Türkiyə “Flyone Armenia” aviaşirkətinə öz hava məkanı vasitəsilə Avropa ölkələrinə uçuşları qadağan edib.

Bu barədə Flyone Armenia-nın mətbuat xidməti məlumat yayıb. Türkiyənin aviasiya rəhbərliyi Ermənistanın “FlyOne Armenia” şirkətinə Türkiyə hava məkanı (üst uçuş) vasitəsilə Avropa ölkələrinə uçuşlar həyata keçirmək imkanı verməyib.

Mövcud vəziyyət nəticəsində şirkət İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan reyslərini iyunun 10-dək ləğv etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, İrəvan-İstanbul-İrəvan reysləri qrafikə uyğun həyata keçirilir.


Oxunma sayı: 4247

Oxşar yazılar