SON DƏQİQƏ! Ukraynalı polis mayorunun rus agenti olduğu üzə çıxdı - SBU FSB-yə işləyən polisi belə yaxaladı - ANBAAN VİDEO

  • 16:45 - 05 May

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya xüsusi xidmət orqanlarına kəşfiyyat məlumatlarını ötürən Milli Polisin region üzrə Baş İdarəsinin fəal əməkdaşını saxlayıb.

Avropa.info xəbər verir ki, bu barədə SBU-nun Xarkov vilayəti üzrə departamentinin facebook səhifəsində məlumat yayılıb.

Müəyyən edilib ki, vizual müşahidə bölməsinin polis mayoru rütbəli əməliyyatçısı Rusiya Federasiyasının silahlı təcavüzü başlayan gün Ukraynanın zərərinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub. Rusiya xüsusi xidmət orqanı (FSB) onun qohumu, Belqoroddan olan OMON təqaüdçüsü vasitəsilə ona Xarkovdakı hərbi və mülki obyektlərin, habelə Ukrayna Silahlı Qüvvələri bölmələrinin fotoşəkillərini çəkmək tapşırığı verib.

SBU-nun əməkdaşları müyyən ediblər ki, polis mayoru bu müddət ərzində  Xarkov vilayətindəki SBU ofisinin, Xarkov vilayətindəki Milli Polis Baş İdarəsinin, alış-veriş obyektlərindən birinin binasını, əyləncə mərkəzlərinin, hərbi qulluqçuların avtomobil texnikasının olduğu texniki xidmət stansiyasını, həmçinin Xarkov və bölgə ərazisindəki hərbi texnikanın fotoşəkillərini Rusiyaya göndərə bilib.


Oxunma sayı: 13564

Oxşar yazılar