Akif Çovdarovun vəziyyəti pisləşdi - Xəstəxanaya gətirildi (FOTO)

  • 13:05 - 05 May

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun səhhətində ciddi problem yaranıb.

Avropa.info manset.az-a istinadən xəbər verir ki, sabiq rəis Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. O, xəstəxanaya gələrkən oğlu Ruslan Çovdarov yanında olub. A.Çovdarovun onurğa sütununda problem yarandığı bildirilir.

Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin 2020-ci il aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub.


Oxunma sayı: 10924

Oxşar yazılar