Regional təhsil idarələrinin rəhbərləri onlardır - ADLAR

  • 10:32 - 05 May

Azərbaycanda yeni yaradılan regional təhsil idarələrinin rəhbərlərinin kimliyi məlum olub.

Avropa.info xəbər verir ki, Prezidentin 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb.

Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.

Regional təhsil idarələrinin rəhbərlərinin adlarını təqdim edirik:

İlhamə Abdullayeva – Abşeron-Xızı Regional Təhsil İdarəsi

Rövşən Əliyev – Dağlıq Şirvan Regional Təhsil İdarəsi

Anar Qədiməliyev – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

Gündüz Əbdulov – Qaradağ Regional Təhsil İdarəsi

Arslan Hacıyev – Qazax-Tovuz Regional Təhsil İdarəsi

Rüfət Hacıyev – Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Elxan Nəcəfov – Lənkəran-Astara Regional Təhsil İdarəsi

Elçin Kərimov – Mərkəzi Aran Regional Təhsil İdarəsi

Rəşad Musayev – Mil-Muğan Regional Təhsil İdarəsi

Bəhruz Mehdiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi

Fuad Bədəlov – Şərqi Zəngəzur Regional Təhsil İdarəsi

Sənan Mənsimli – Şirvan-Salyan Regional Təhsil İdarəsi

 


Oxunma sayı: 11078

Oxşar yazılar