“Qarabağ”ın Çempionlar Liqasındakı daha 2 rəqibi məlumdur

  • 16:32 - 25 Aprel

Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 2 komandanın adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Ferensvaroş” Macarıstanda, “Şkupi” Şimali Makedoniyada qızıl medala sahib çıxıb.

Bununla da qitənin ən nüfuzlu klub turnirinə yüksələn bu komandaların səbəti də bəllidir. Macarıstan çempionu səpələnmişlərdən olacaq. “Şkupi” isə digər səbətə düşüb.

  • “Ferensvaroş”un səpələnməsi həm də Belarus “Şaxtyor”unun zəiflər səbətinə yollanmasını rəsmiləşdirib. Eyni zamanda Ermənistan, Polşa, Albaniya, Malta və Kosovo çempionları da bu səbətdə yer alacaqlar.

Azərbaycan çempionu dəqiqləşməsə də, “Qarabağ”ın qızıla sahib çıxacağı şübhə doğurmur. Möcüzə baş verməsə, Ağdam klubu səpələnmiş səbətində yer alacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
 

Səpələnmişlər

“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
Yunanıstan çempionu
Xorvatiya çempionu
Rumıniya çempionu

Səpələnməmiş

“Şaxtyor” (Belarus)
“Klasksvik” (Farer adaları)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
Ermənistan çempionu
Polşa çempionu
Albaniya çempionu
Malta çempionu
Kosovo çempionu

Qeyri-müəyyənlər

“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
İsrail çempionu
Azərbaycan çempionu
İsveçrə çempionu
Monteneqro çempionu
Moldova çempionu
Sloveniya çempionu
Şimali İrlandiya çempionu
Lüksemburq çempionu
İlkin mərhələnin qalibi


Oxunma sayı: 7701

Oxşar yazılar