Müharibə başlayandan Mariupolda 20 mindən çox dinc sakin həlak olub

  • 21:46 - 24 Aprel

Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Mariupolda 20 mindən çox dinc sakin həlak olub.

Bu barədə şəhərin meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib.

Boyçenko, həmçinin qeyd edib ki, qarşı tərəf şəhərdən təxliyə prosesinə əngəl törədir.

"Biz başa düşürük ki, 100 mindən çox insan təəssüf ki, şəhərdə qalıb. Onlar xilas üçün yalvarırlar”, - mer qeyd edib.

Bundan əvvəl BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.(report)


Oxunma sayı: 3125

Oxşar yazılar