Əfqanıstanla sərhəddə üç Pakistan hərbçisi həlak olub

  • 11:30 - 24 Aprel

Pakistanın Əfqanıstanla sərhədində-Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində atışma nəticəsində üç Pakistan hərbçisi həlak olub.

Son günlər Əfqanıstanla sərhədin bu hissəsində gərginlik səngimir.

Pakistan hakimiyyəti Əfqanıstan ərazisindən törədilən bu inisidenti kəskin pisləyib.

Bildirilir ki, aprelin 14-də Pakistan-Əfqanıstan sərhədinin İşam rayonunda da yeddi Pakistan hərbçisi öldürülmüşdü.


Oxunma sayı: 3796

Oxşar yazılar