Maduro: “Kolumbiya Venesuela ordusuna qarşı hücumlar planlaşdırır”

  • 11:05 - 24 Aprel

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya prezidenti İvan Dukeni respublikada sabitliyi pozmağı planlaşdırmaqda ittiham edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

 

Reklamınızı SmartBee ilə effektiv edin.

Belə bir ittihamla Maduro şənbə günü Venezolana “de Televisión” telekanalının efirində çıxış edib.

Bildirilir ki, cinayətkar qruplar hərbçilərə və hökumət rəsmilərinə qarşı kütləvi hücumlar planlaşdırır.

"İvan Duke Venesuelaya zərər vermək üçün ştatlardakı cinayətkar dəstələri, xaricdən polisə və orduya hücum etmək istəyən agentləri və mafiya üzvləri ilə planlar hazırlayır. Məqsəd Venesuellada sabitliyi pozmaqdır”,- deyə Madurp bildirib.

Maduro xəbərdarlığında bu cür hərəkətlərin həm də ölkəsinin enerji və su təchizatı sistemlərinin pozulmasına yönələcək.

O əlavə edib ki, xüsusi xidmət orqanları bu planları zərərsizləşdirməyə hazırdır.(apa) 


Oxunma sayı: 3653

Oxşar yazılar