"Türkiyədəki görüşdən sonra Rusiya pozitiv addımlar atdı, lakin..." - Zelenski Putinlə danışıqlara hazır olduğunu BƏYAN ETDİ

  • 01:23 - 24 Aprel

"Türkiyədəki görüşlərdən sonra Rusiya pozitiv addımlar atmağa başladı".

Avropa.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında deyib. Zelenski, bir daha Rusiya prezidenti Putini danışıqlara dəvət edib.

"Türkiyədəki danışıqlardan sonra Rusiya müsbət addımlar atmağa başladı. Sonradan ictimai qınaqlara məruz qaldılar. Ən aktual məsələlər arasında Ukraynanın təhlükəsizliyi, Donbas və Krımın taleyi var. Rusiya prezidenti ilə görüşmək istəməzdim, amma bu problemi diplomatik yolla həll etmək istəyiriksə, etməliyəm.

Ruslar Mariupoldakı insanlarımız öldürülsə, Ukraynanın işğal olunmuş ərazisində referendum keçirərlərsə, Ukrayna bütün danışıqları ləğv edəcək.

Rusiyada bizə hörmət etmirlər. Ölkəmizi müstəqil görmürlər, dəyərlərimizə, mədəniyyətimizə hörmət etmirlər. Düşünürlər ki, bizim azadlıq və yaşamağa haqqımız yoxdur. Biz buna qarşı mübarizə aparırıq. Silahımız çox olduğu müddətcə işğal altında olan torpaqlarımızı geri alacağıq. Biz onların müvəqqəti işğal etdikləri əraziləri geri alacağıq və bu, onilliklər ərzində baş verməyəcək. Biz uzun müddət torpaqlarımızı qoruyacaq bir ölkəyə çevrilmişik. Qalib gələndə Avropanın ən güclü və təcrübəli ordularından biri olacağıq", - deyə Zelenski qeyd edib.


Oxunma sayı: 4544

Oxşar yazılar