Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb

  • 23:50 - 23 Aprel

Rusiya ordusu Xarkovu atəşə tutub.

Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov "Telegram" kanalında məlumat verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Xarkov və rayonun yaşayış məntəqələri atəşə tutulmaqda davam edir. Ən çox vilayət mərkəzində, Severnaya Saltovkada və Saltovka hədəf olunub. Rusiya ordusu küçələri, yaşayış binalarını, anbarları atəşə tutur", - o yazıb.(apa)


Oxunma sayı: 5127

Oxşar yazılar