Kiyev: Rusiya ordusu İzyum istiqamətində böyük qüvvələr cəmləşdirib

  • 15:08 - 22 Aprel

Rusiya ordusu İzyum istiqamətində hücuma keçmək üçün 25-ə qədər batalyon taktiki qrupunu cəmləşdirib. 

Avropa.info xəbər verir ki, bu barədə cümə günü Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Məlumata görə, rus qoşunları Rubijnoye, Novotoşkovskoye, Popasnaya və Maryinka yaşayış məntəqələri ərazisində irəliləyərək Zareçnoye kəndinə hücum edir. 

Qeyd edilib ki, son 24 saat ərzində Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya hərbçilərinin on hücumu dəf edilib, altı tank, səkkiz zirehli texnika və on beş texnika, dörd artilleriya sistemi məhv edilib. 

Bundan əlavə, Rusiya hərbi hava qüvvələrinin üç təyyarəsi və üç helikopteri, həmçinin doqquz "Orlan-10" pilotsuz təyyarəsi vurulub.


Oxunma sayı: 2410

Oxşar yazılar