"Övladlarımız haradadır?" - Rusiya batan "Moskva" gəmisindəki itkilərinin sayını gizlədirmi? - SENSASİON DETALLAR

  • 16:40 - 19 Aprel

Rusiyada Qara dəniz donanmasının flaqmanı olan "Moskva"nın batması əsas gündəmdir. 

Avropa.info xəbər verir ki, Rusiya gəminin 514 personalının xilas edildiyini açıqlayıb. Amma övladları o gəmidə xidmət edən bəzi ailələr “Uşaqlarımız haradadır” deyə soruşurlar. 

Müzakirələrdən sonra Kremlin Moskva gəmisinin ekipajı üçün təntənəli törən həyata keçirməsi ilə bağlı görüntülər də ailələri sakitləşdirməyib. Həmin görüntülərin dəyişdirildiyi və köhnə olduğu ilə bağlı iddialar var. 

İngiltərənin "Daily Mail" qəzetinin yazdığına görə, ailələr Qərb mənbələrinin yaydığı kimi ölü sayının 40-dan çox olmasından qorxurlar. Qərb hərbi mənbələrinə görə, insan itkisi yüzlərlə ifadə edilir.

Övladları gəmidə olan bəzi ailələr bütün xəstəxanaları gəzdiklərini və yaralı əsgərləri gördüklərini etdiklərini, lakin öz uşaqları ilə rastlaşmadıqlarını deyirlər. Ailələr xəstəxanalarda 200 yaralı əsgərin olduğunu deyir və qalan 500 ekipaj üzvünün harada olduğunu soruşurlar.


Oxunma sayı: 24828

Oxşar yazılar