Formula 1 üzrə Azərbaycan Qran Prisinə biletlərin qiymətləri açıqlandı - 970 AZN-dək

  • 12:49 - 15 Aprel

Formula 1 Azərbaycan Qran Prisinə biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir.

Bunu Trend-ə müsahibəsində Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib.

"Bilet satışlarına bir aydan çoxdur ki, start vermişik. Hazırda bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən maraq olduqca yüksəkdir. Biletlərin qiyməti yerli azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Azarkeşlərimiz biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən, həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə bilərlər. Xarici azarkeşlərlə yanaşı, yerli azarkeşlərin yüksək marağını müşahidə edirik və bu da bizi çox sevindirir. Hazırda biletlərin satışına görə Azərbaycan, ABŞ və Böyük Britaniya ilk üçlüyə daxildir. Bundan başqa, İspaniya, Niderland, Danimarka, Rusiya, Fransa, Norveç və digər ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Qeyd edim ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-25 faizlik endirimlə təklif olunur", - deyə T.Teymurov əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.


Oxunma sayı: 10154

Oxşar yazılar