“Tour of Turkey” velosiped yarışının beşinci mərhələsinə start verilib

  • 16:40 - 14 Aprel

Aprelin 14-də Türkiyədə 57-ci  “Tour of Turkey”  Velosiped Turunun beşinci mərhələsinə start verilib. 

Avropa.info xəbər verir ki, velosiped turu Türkiyə Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur və Türkiyə Prezidentinin himayəsi altında keçirilir. 

Manisanın Cümhuriyyət meydanında start götürən yarışın beşinci mərhələsində 25 komandadan 160 velosipedçi iştirak edir. 

İdmançılar Saruxanlı bölgəsindən keçərək, daha sonra İzmir-İstanbul avtomobil yoluna gedəcəklər. Marşrut Türkiyənin əsas qəhvəyi kömür mədən mərkəzlərindən biri - Somadan keçir. 

Daha sonra velosipedçilər 2014-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Perqamon şəhərinin (Berqama) da yerləşdiyi İzmir vilayətinin Berqama turizm bölgəsinə gedəcəklər. Daha sonra velosipedçilər İzmir-Çanaqqala magistral yolu ilə Ayvalık limanında finişə çatacaqlar. 

Manisa-Ayvalık mərhələsinin ümumi uzunluğu 191,7 km-dir. 

Yarışın beşinci raunduna startı Manisa vilayətinin valisi Yaşar Karadeniz və Türkiyə Velosiped İdmanı Federasiyasının rəhbəri Emin Müftyüoğlu verib. 

Qeyd edək ki, ilk dəfə belə bir velotur 1963-cü ildə təşkil edilib və sonra Mərmərə dənizi ətrafında tur adlandırılıb. 

1965-ci ildə velotur ilk dəfə beynəlxalq status aldı və 1966-cı ildə prezidentin himayəsi altına keçib. 

Velosiped turu dünyanın ilk və yeganə çoxgünlük qitələrarası velosiped yarışıdır. 

Ümumilikdə, velosiped idmanının səkkiz mərhələsi üçün idmançılar 1303 km məsafə qət etməli olacaqlar. 

Yarış TRT Spor Yıldız və Eurosport telekanallarında canlı yayımlanır.


Oxunma sayı: 6205

Oxşar yazılar