Müharibə başlayandan bəri 4,6 milyondan çox insan Ukraynanı tərk edib

  • 14:43 - 13 Aprel

Hərbi əməliyyatlar başlayandan indiyədək 4 milyon 615 min 830 qaçqın Ukraynanın qonşu ölkələrlə sərhədini keçib. 

Avropa.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Ukraynadakı miqrasiya böhranı ətrafında vəziyyətlə bağlı müxtəlif mənbələrin məlumatlarına istinadən yaydığı məlumatda deyilir. 

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır. 

Belə ki, Polşadan 2 645 877, Rumıniyadan 701 741, Rusiyadan 433 083, Macarıstandan 428 954, Moldovadan 413 374, Slovakiyadan 320 246 və Belarusdan 2129 qaçqın keçib. 

Bu rəqəmlərə əlavə olaraq, UNHCR fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 113 min insanın Rusiyaya qaçdığını bildirib.


Oxunma sayı: 5149

Oxşar yazılar