Dörd ölkənin prezidenti Kiyevə gələcək

  • 12:23 - 13 Aprel

Avropa İttifaqının dörd ölkəsinin prezidentləri aprelin 13-də Ukraynanın paytaxtına səfər edəcəklər. 

Avropa.info-nun məlumatına görə, Polşa prezidenti Anjey Dudanın ofisindən bildirilib ki, Litvanın rəhbərləri Gitanas Nauseda, Latviya Egils Levits və Estoniya rəhbərləri Alar Karis onunla birlikdə Kiyevə gedir. 

Ukraynanın paytaxtında dövlət başçıları prezident Vladimir Zelenski ilə görüşəcək. 

“Biz Kiyevə möhkəm siyasi dəstək və hərbi yardım mesajı ilə gedirik. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. "Birlikdə qələbəyə!"", - deyə Litva lideri tvitter hesabında yazıb. 

Estoniya prezidenti Alar Kalis də Kiyevə səfərini şərh edib. "Son səfərimdən bəri Rusiya ilə müharibədən çox əziyyət çəkən Kiyevə gedən yoldayam", - Estoniya prezidenti yazıb. 

"Baltik və Polşa liderləri Zelenski ilə görüşmək üçün Kiyevə gəlirlər", - Latviya prezident administrasiyası bildirib.


Oxunma sayı: 4093

Oxşar yazılar