BMT Ukrayna müharibəsində ölən dinc sakinlərin sayını AÇIQLADI

  • 14:25 - 13 Aprel

Ukraynada müharibə başlayandan bəri ən azı 1892 dinc sakin həlak olub, daha 2558 nəfər yaralanıb. 

Avropa.info bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında deyilir. 

Ölənlərin və yaralananların əksəriyyəti ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri də daxil olmaqla geniş ərazili döyüş sursatlarının və partlayıcı maddələrin istifadəsi ilə əlaqədardır. 

Təşkilat hesab edir ki, ağır döyüşlərin davam etdiyi və bir çox hesabatların hələ də təsdiqini gözlədiyi bəzi yerlərdən məlumat gecikdirildiyi üçün faktiki rəqəmlər daha yüksəkdir. 

Bu, məsələn, çoxsaylı mülki əhalinin itkisi barədə məlumatların yayıldığı Mariupol və Volnovaxaya (Donetsk vilayəti), İzyuma (Xarkov vilayəti), Severodonetsk və Rubijne (Luqansk vilayəti), Trostyanetsk (Sumi vilayəti) aiddir. Bu rəqəmlər bir daha təsdiqlənir və yuxarıdakı statistikaya daxil edilmir.


Oxunma sayı: 4973

Oxşar yazılar