Rusiya və Ukraynanın müharibə İTKİLƏRİ – YENİ RƏQƏMLƏR

  • 14:08 - 13 Aprel

Müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 19,8 minə yaxın rus hərbçisini məhv edib. 

Avropa.info bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 24-dən aprelin 13-dək Rusiya ordusunun döyüş itkiləri təxminən olub: 739 tank, 1964 AFV, 358 artilleriya sistemi, 115 MLRS, 64 hava hücumundan müdafiə sistemi, 158 təyyarə, 143 helikopterlər, 7 gəmi/qayıq və s. 

Bu arada, Moskvada fevralın 24-dən etibarən Ukrayna Silahlı Qüvvələrinə məxsus 130 təyyarə və 99 helikopterin vurulduğunu bildiriblər. 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukraynanın 2153 tankı və digər zirehli döyüş texnikasının, həmçinin 241 reaktiv yaylım atəş sistemi, 924 çöl artilleriya silahı və minaatanların məhv edildiyini açıqlayıb.


Oxunma sayı: 4863

Oxşar yazılar