Kiyev: Rusiya aviasiyası Mariupolu bombalayır

  • 11:57 - 13 Aprel

Rusiya ordusu Ukraynanın cənubundakı Mariupol şəhərinə hava zərbələri endirməkdə davam edir. 

Avropa.info xəbər evrir ki, bu barədə çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

"Azovstal" metallurgiya kompleksi və Mariupol dəniz limanı ərazisində hücum davam edir. 

Ümumilikdə, son sutka ərzində Ukrayna qoşunları Rusiya ordusunun 6 hücumunu dəf edib, iki texnika və üç artilleriya sistemini sıradan çıxarıb. 

Məlumatda qeyd edilir ki, Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojye vilayətlərinə də raket-bomba zərbələri endirir, aktiv hava kəşfiyyatı aparır. 


Oxunma sayı: 5149

Oxşar yazılar