Baydendən Putinə ağır İTTİHAM: ABŞ prezidenti bu ifadəni ilk dəfə işlətdi

  • 13:01 - 13 Aprel

ABŞ prezidenti Co Bayden ölkəsindəki yüksək inflyasiyanın səbəbinin Rusiyanın Ukraynaya qarşı müharibəsi olduğunu və Rusiya prezidenti Vladimir Putinin Ukraynada “soyqırım” törətdiyini bəyan edib.

Avropa.info xəbər verir ki, Bayden Ayova ştatında ölkədə yanacaq qiymətlərində son artımlar və son 41 ilin zirvəsini müşahidə edən inflyasiya ilə bağlı açıqlamalar verib. 

Ölkədəki qiymət artımlarının vətəndaşlara təsirini azaltmaq üçün əllərindən gələni etdiklərini qeyd edən Bayden, "Ukrayna işğalının bütün dünyada yanacaq və ərzaq qiymətlərini artırmasından təsirləndik. Çin, Rusiya və Ukrayna, dünyanın ən böyük taxıl istehsalçıları əvvəlki kimi istehsal etmirlər. Ona görə də hər şeyin qiyməti qalxır. Bu gün açıqlanan inflyasiyanın 70 faizinin yanacaq və ərzaq qiymətləri ilə bağlı olduğunu gördük", deyib. 

İnflyasiyanın təsirlərini azaltmaq üçün Konqreslə birlikdə çalışdıqlarını ifadə edən Bayden, inflyasiyanı "Putinin qiymət artımı" olaraq xarakterizə edib. 

Daha əvvəl Buça hadisələrini “müharibə cinayəti” kimi qiymətləndirən Bayden Rusiyanın Ukraynadakı hərəkətləri üçün ilk dəfə “soyqırım” ifadəsini işlədib.


Oxunma sayı: 3917

Oxşar yazılar