Zelenskidən Rusiyaya əsir aldıqları müxalifət lideri ilə bağlı TƏKLİF – FOTO

  • 12:45 - 13 Aprel

Rusiyanın Ukraynaya hərbi təcavüzü 49-cü günüdə davam edir. 

Avropa.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Mariupolda 1026 Ukrayna əsgərinin təslim olduğunu iddia edib. 

ABŞ mediası Amerika administrasiyasının Ukraynaya 750 milyon dollar dəyərində yeni silah yardımı etməyə hazırlaşdığını yazıb. NBC televiziyası silahların göndərilməsinin bu həftə təsdiqlənəcəyini açıqlayıb. 

"Reuters" xəbər agentliyinin məlumatına görə, təsdiqləmə prosesi bu gün başa çata bilər. NBC-yə danışan rəsmilər göndəriləcək silahlar arasında "dəniz İHA"ları və ya "İHA gəmiləri" olaraq da bilinən pilotsuz suüstü vasitələri və Mi-17 helikopterlərinin olacağını bildirib. "Göndəriləcək silahlar, çox güman ki, haubitsalar da daxil olmaqla, yüksək texnologiyalı minaatanlardan ibarət olacaq", - rəsmi "Reuters" agentliyinə bildirib. “Biz Rusiyanın müharibədə uduzmasını istəyirik”, - yüksək rütbəli hökumət rəsmisi deyib. 

Polşa və Baltikyanı ölkələrin liderləri Kiyevdə Zelenski ilə görüşəcək. Polşa, Litva, Latviya və Estoniya liderləri Zelenski ilə görüşmək üçün Kiyevə yola düşüb. Polşa prezidenti Anjey Dudanın müşaviri Yakub Kumoç "Tvitter" hesabında “Ölkələrimiz Ukraynaya və prezident Zelenskiyə dəstəyini nümayiş etdirir” sözlərini paylaşıb. Şənbə günü Böyük Britaniyanın baş naziri Boris Conson paytaxt Kiyevə gəlib və Zelenski ilə görüşüb. 

Kiyev vilayət polis rəisi Andrey Nebitov Rusiyanın hücumları nəticəsində Kiyev bölgəsində həlak olan mülki vətəndaşların sayının 720 nəfəri keçdiyini, 200-dən çox mülki şəxsin isə itkin düşdüyünü açıqlayıb.

Ukrayna prezidenti Zelenski Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və dünən saxlanılan ana müxalifət partiyasının lideri Viktor Medvedçuka rusların əsirliyində olan ukraynalılarla dəyişməyi təklif edib. Medvedçukun 48 gün gizlənməyə müvəffəq olduğunu, lakin sonda tutulduğunu bildirən Zelenski, "Rusiya Federasiyasına Medvedçuku rusların əsirliyində olan ukraynalılarla dəyişdirməyi təklif edirəm. Hüquq-mühafizə orqanlarımız və ordumuz da bu ehtimalı nəzərə almalıdır", deyib.


Oxunma sayı: 4511

Oxşar yazılar