ABŞ Ukraynaya PUA və haubitsa verə bilər

  • 09:58 - 13 Aprel

Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və haubitsalar verə bilər.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə "Washington Post" ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

"Amerikalı məmurlar bildirirlər ki, Bayden administrasiyası Ukraynaya veriləcək silahların spektrini genişləndirməyə hazırdır. Bu xüsusda Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və digər müasir vasitələr verə bilər. Yeni yardım paketinin həcmi 750 milyon dollardır" - deyə qəzet bildirir.

Vaşinqtonda müzakirə edilən ilkin plana görə, yardım paketinə Mi-17 helikopterləri, haubitsalar, sahil mühafizə PUA-ları daxil idi. Bunların hamısının yekun siyahıya düşüb-düşməyəcəyi bilinmir" - deyə müəllif qeyd edib.


Oxunma sayı: 4060

Oxşar yazılar