Kadırov Kremli Putinə xəyanətdə suçlayır : Ruslar çeçen silahlılarının mövqelərini Ukraynaya satıb ? - Ramzan Moskvanın baş bəlasına çevirilir...

  • 01:53 - 06 Aprel

Çeçenistan lideri Ramazan Kadırov  Kremldə Rusiya prezidenti Vladimir Putinə sadiqlik nümayiş etdirməyən insanların olduğunu iddia edib.

Avropa.info xəbər verir ki, Kadırov açıqlamasında hakimiyyətdə Putinə sadiq olmayan şəxslərin olduğunu bildirərək, Kremlin sözçüsü Dmitri Peskovu hədəfə alıb.

Peskovu yetərincə vətənpərvər olmamaqda günahlandıran Kadırov “Bununla bağlı bir şey etmək lazımdır” deyib.

Rus politoloqları indiyə qədər “toxunulmaz” fiqur kimi görünən Peskova qarşı bu ittihamları çaşqınlıqla qarşılayıblar. Peskov isə Kadırovun ittihamlarına cavab verməyib. Kreml sözçüsü Ukraynanın işğalı başlayandan sonra qızının sosial şəbəkədə "müharibəyə yox" paylaşımından sonra tənqid hədəfinə çevrilib.

Çeçen lider Kadirov Putin'in gözdesi Peskov'u hedef aldı

Kadırov eyni zamanda Türkiyədəki danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinskini də tənqid edib, Kiyevdən çəkilmə qərarının yanlış olduğunu bildirib.

İddialara görə, Kadırovun reaksiyasına səbəb Ukraynada rus əsilli əsgərlərlə çeçenlər arasındakı bəzi problemlərdir. Xüsusilə Ukrayna lideri Zelenskinin köməkçiləri tərəfindən irəli sürülən iddialarda çeçen qüvvələrinin mövqelərinin rus casuslar tərəfindən Ukrayna ordusuna ötürüldüyü bildirilir.

Çeçen birlikler Ukrayna sınırına ulaştı Hedefleri Kiev'i ele geçirmek - Son  Dakika

Bu vəziyyətin səbəbinin Rusiyada tərəfləri arasında etimadsızlıq və güc mübarizəsi ola biləcəyi düşünülür. Kadırovun Putin yanında artan nüfuzundan və general-leytenant rütbəsinə yüksəlməsindən narahat olanların onun meydanda uğursuzluğa düçar olması üçün belə bir addım ata biləcəkləri  iddiaları arasındadır.

Bəzi rusiyalı ekspertlərin fikrincə, Kadırov Rusiya dövlətinin təhlükəsizlik qanadına nəzarət etməyə çalışır. Bunun üçün hələ çox tez olduğu düşünülsə də, xüsusilə Ukrayna müharibəsindəki rolundan və Kremldəki bəzi şəxsləri hədəfə almasından sonra Kadırovun son məqsədinin bu olduğu iddia edilir.

Paralel olaraq bildirilir ki, Kadırov yalnız Çeçenistanda öz təsir dairəsini genişləndirmək və bütün Rusiya dövləti üçün səlahiyyətli fiqur olmaq istəyir.

Rusiya Ukraynada uğursuzluğa düçar olduğu üçün Kreml daxilində müzakirələrin artacağı gözlənilir.

Avropa.info


Oxunma sayı: 25191

Oxşar yazılar