Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd etdi

  • 22:05 - 05 Aprel

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

Ç Əsgərov qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanın təqdim etdiyi mövqeyə uyğun olaraq 4 aprel 2022-ci ildə növbəti dəfə Ermənistanın müvəqqəti təminat tədbirləri barədə vəsatətini rədd edib: “Qonşu ölkə anlamalıdır ki, beynəlxalq hüquq olan yerdə siyasi spekulyasiyalar əhəmiyyətsizdir”.  


Oxunma sayı: 11826

Oxşar yazılar